Ermənistan parlamentinin üç fraksiyası Paşinyanın baş nazir postuna namizədliyini irəli sürəcək

Ermənistan parlamentinin üç fraksiyası Paşinyanın baş nazir postuna namizədliyini irəli sürəcək
# 02 may 2018 19:17 (UTC +04:00)

Ermənistan parlamentinin üç müxalif fraksiyası – “Yelk”, “Daşnaksyutun” və “Tsarukyan” bloku etirazların lideri Nikol Paşinyanın namizədliyini təkrarən baş nazir vəzifəsinə irəli sürəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu N.Paşinyan İrəvanda, Respublika meydanında keçirilən mitinqdə bəyan edib.

“Biz sabah parlamentdə fraksiyalar ilə işləyəcəyik, siz isə istirahət edəcəksiniz. Mayın 3-də vətəndaş itaətsizliyi aksiyaları keçirilməyəcək", tərəfdarları qarşısında çıxış edən N.Paşinyan qeyd edib.

Mayın 1-də Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Onun lehinə 45, əleyhinə 56 deputat səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR