Çində baş verən ağır yol qəzasında 9 nəfər ölüb, 20 nəfər xəsarət alıb

Çində baş verən ağır yol qəzasında 9 nəfər ölüb, 20 nəfər xəsarət alıb
# 05 dekabr 2016 04:38 (UTC +04:00)

Çində ağır yol qəzası baş verib.

APA-nın Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin cənub-qərbindəki Yunyan əyalətində qeydə alınıb.

Məlumata əsasən, yük maşını qarşıdan gələn sərnişin avtobusu ilə toqquşub. Hadisə nəticəsində 9 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Qəzanın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR