Elmar Məmmədyarov Mərakeşin yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Mərakeşin yeni səfirini qəbul edib
# 23 noyabr 2016 13:42 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Mərakeşin Azərbaycana yeni təyin olunmuş səfiri Adil Embarkı qəbul edib.

APA-nın xəbərinə görə, səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. Nazir onu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan və Mərakeş arasında ikitərəfli siyasi münasibətlərin inkişafından danışılıb, iqtisadiyyat, humanitar, turizm, alternativ və bərpa olunan enerji kimi sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların və əhatəli müqavilə-hüquq bazasının olduğu diqqətə çatdırılıb. Ticarət əlaqələrinin genişləndirilməsi üçün biznes dairələri arasında əlaqələrin təşviq edilməsinin və biznes forumlarının keçirilməsinin vacibliyi vurğulanıb.

Nazir Mərakeşin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar ədalətli mövqeyinin, Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulmasının təqdir edildiyini bildirib.

Səfir iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR