Gürcüstan XİN başçısı VI Qlobal Bakı Forumunda iştirak edəcək

Gürcüstan XİN başçısı VI Qlobal Bakı Forumunda iştirak edəcək
# 14 mart 2018 14:36 (UTC +04:00)

Gürcüstan, Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin sabah Bakıda keçiriləcək ilk dördtərəfli görüşü yeni əməkdaşlıq formatıdır və bu formatın əsas məqsədi regional əlaqələrin dərinləşdirilməsidir.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

XİN başçılarının görüşündə həmçinin nəqliyyat, energetika və digər iqtisadi sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək. Görüşdən sonra XİN rəhbərlərinin birgə mətbuat konfransı baş tutacaq.

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze azərbaycanlı, türk və iranlı həmkarları ilə ayrıca görüşlər də keçirəcək.

M. Canelidze Azərbaycana səfəri çərçivəsində VI Qlobal Bakı Forumunda da iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR