Praqada Gürcüstan və Rusiya diplomatlarının görüşü keçiriləcək

Praqada  Gürcüstan və Rusiya diplomatlarının görüşü keçiriləcək
# 05 iyul 2015 01:49 (UTC +04:00)

Bakı-APA. Çexiyanın paytaxtı Praqada Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında görüş keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Zurab Abaşidze bildirib.

Onun sözlərinə görə, görüşün iyulun ortalarında baş tutacağı planlaşdırılıb. “Dəqiq tarix ilə bağlı əlavə məlumat veriləcək”, deyə Z.Abaşidze bildirib .

Qeyd edək ki, bundan əvvəl Gürcüstan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edərək 2006-cı ildə Rusiyadan vətəndaşlarının deportasiyasına görə rəsmi Moskvadan 70 milyon avro təzminat tələb etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR