Sabah Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsi keçiriləcək

Sabah Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsi keçiriləcək
# 01 dekabr 2014 13:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Dekabrın 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan Bakı şəhərində bir binada 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə ərzində aparılacaq.


İmtahanda iştirak etmək üçün 100 nəfər namizəd qeydiyyatdan keçib. İmtahanda namizədlərin test üsulu ilə məntiqi təfəkkürü, informatika və xarici dil bilmə səviyyəsi yoxlanılacaq. Namizədlərə məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir fənn üzrə 5 sual açıq tipli test tapşırıqlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR