Ağdam rayonunun işğalının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - FOTOSESSİYA

Ağdam rayonunun işğalının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 23 iyul 2014 10:30 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Ağdam rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların əməkdaşları, hökumət rəsmiləri, işğal altında olan rayonların icra hakimiyyətlərinin rəhbərliyi, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin üzvləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Ağdama həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov qeyd edib ki, Ağdam rayonu müharibədə 5 mindən çox şəhid verib. On minlərlə rayon sakini öz evindən məcburi köçkün düşüb. Döyüşlərdə qəhrəmanlıq göstərmiş 16 ağdamlı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara məhəl qoymayaraq işğalçı fəaliyyətini davam etdirdiyini deyən R. Məmmədov Ağdam sakinlərinin öz torpaqlarını azad etmək üçün döyüşə hazır olduğunu vurğulayıb.

İcra Hakimiyyəti başçısı Ağdam rayonunda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hərtərəfli tədbirlər görüldüyünü, 18 yeni qəsəbənin salındığını vurğulayıb.

Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışında qeyd edib ki, Ağdamın işğalı müvəqqətidir və Ağdam daxil olmaqla ərazilər işğaldan azad ediləcək.

“”Qarabağ şikəstəsi” altında dünyaya göz açan insanlar nankor ola bilməz. Bu insanlar hər zaman qonşusuna, qonağına əlindən gələn yaxşılığı etməyə çalışıblar”, - deyə komitə sədri vurğulayıb.

Ə. Həsənov Azərbaycan hökumətinin artıq Ağdam və Füzulinin timsalında qayıdış proqramını reallaşdırdığını bildirib.

Hökumət rəsmisi Azərbaycan ictimaiyyətində münaqişənin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Minsk qrupuna inam və etimadın qalmadığını deyib.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR