Azərbaycan hökuməti ilə Dünya Bankı arasında "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" adlı layihə imzalanıb

 Azərbaycan hökuməti ilə Dünya Bankı arasında "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" adlı layihə imzalanıb
# 22 oktyabr 2014 16:33 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Bakıda Azərbaycan hökuməti ilə Dünya Bankı arasında "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" adlı yeni layihə imzalanıb.

APA-nın Ədliyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, layihəni Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko imzalayıblar.

Layihənin keçirilməsində məqsəd məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmə sisteminin yaradılması, ədalət mühakiməsinin həyata keçirilməsinin sürətləndirilməsi, elektron hüquqi xidmətlərin genişləndirilməsi ilə ədliyyə sisteminə dair vətəndaşların məmnunluğunun artırılmasını təmin etməkdir.

Layihə çərçivəsində yeni məhkəmə və məhkəmə komplekslərinin tikintisi, elektron məhkəmə informasiya sisteminin və digər qabaqcıl İKT-lərin geniş tətbiqi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının yüksəldilməsi, hüququn müxtəlif sahələri üzrə vətəndaşların məlumatlılığının artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR