Bakıda intihar məqsədilə 15-ci mərtəbəyə çıxan şəxs xilas edilib - FOTOSESSİYA - YENİLƏNİB - VİDEO

Bakıda intihar məqsədilə 15-ci mərtəbəyə çıxan şəxs xilas edilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 24 iyul 2014 09:33 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə İnşaatçılar prospekti-4 ünvanında qeydə alınıb.

1980-ci il təvəllüdlü Tərlan İsgəndərov intihar məqsədi ilə 16 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinə çıxaraq intihar etmək istəyib. Fövqəladə Hallar Nazirliyinin hadisə yerində olan əməkdaşları vətəndaşla söhbət edərək, onu fikrindən daşındırıblar.

Hadisə yerində olan polis əməkdaşı APA-ya bildirib ki, intihara cəhd edən şəxs gözdən əlildir və pensiyasını ala bilmədiyi üçün intihar etmək istəyib.

***

11.48

Bakı. Fuad Cəfərov - APA. Bakıda bir nəfər intihar məqsədi ilə çoxmərtəbəli binanın damına çıxıb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəxsiyyəti hələlik məlum olmayan kişi Ədliyyə Nazirliyinin yaxınlığında yerləşən 16 mərtəbəli binanın 15-ci mərtəbəsinə çıxaraq özünü atacağını bildirir.

Hazırda Fövqəladə Hallar Nazirliyi və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün iş aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR