Zaqatala və Balakəndə güclü külək fəsadlar yaradıb - FOTOSESSİYA - YENİLƏNİB - VİDEO

Zaqatala və Balakəndə güclü külək fəsadlar yaradıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 05 sentyabr 2014 09:59 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Sentyabrın 4-dən 5-nə keçən gecə ölkənin şimal-qərb bölgəsində - Zaqatala və Balakən rayonlarında güclü külək və yağış müşahidə olunub. APA-nın Şəki-Zaqatala bürosunun verdiyi xəbərə görə, güclü külək nəticəsində hər iki rayon mərkəzində və bir neçə yaşayış məntəqələrində güclü külək bir sıra yaşayış evlərinin və sosial obyektlərin dam örtüyünü uçurub, yol kənarında iri gövdəli ağacları aşırıb.

Ağacların qırılması səbəbindən hər iki rayonda elektrik naqillər sıradan çıxıb və bu səbəbdən rayon mərkəzləri daxil olmaqla bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının nümayəndələri fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür.

Bölgədə qeyri-sabit hava şəraiti davam etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR