Rusiya prezidentinin mətbuat katibi Putinin xərçəng xəstəsi olması barədə məlumatları təkzib edib

Rusiya prezidentinin mətbuat katibi Putinin xərçəng xəstəsi olması barədə məlumatları təkzib edib
# 29 oktyabr 2014 12:08 (UTC +04:00)

Bakı – APA. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ağır xəstə olması ilə bağlı Qərb mətbuatında yer alan məlumatları təkzib edib.

APA-nın məlumatına görə, D. Peskov Rusiya prezidentinin səhhətində problemin olmadığını bildirib.

“Onlar bu günü görməyəcəklər. Hər şey yaxşıdır”, - deyə o vuğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə “New York Post” qəzeti V. Putinin mədəaltı vəzi xərcəngi xəstəliyindən əziyyət çəkməsi barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR