Bakıda Beynəlxalq Sənaye Konfransı keçiriləcək

Bakıda Beynəlxalq Sənaye Konfransı keçiriləcək
# 24 noyabr 2014 10:06 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq, 26-27 noyabr tarixlərində Bakıda "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransı keçiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçiriləcək konfransda bir sıra ölkələrin dövlət qurumlarının, araşdırma mərkəzlərinin, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin, beynəlxalq təşkilat və maliyyə institutlarının nümayəndələri iştirak edəcək.

Beynəlxalq Sənaye Konfransı barədə ətraflı məlumatı www.bakuconference.com saytından əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR