Əli Hüseynli Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə dair beynəlxalq seminarda iştirak edəcək

Əli Hüseynli Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə dair beynəlxalq seminarda iştirak edəcək
# 29 oktyabr 2014 12:54 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə dair beynəlxalq seminarda iştirak etmək üçün oktyabrın 30-dan noyabrın 1-dək Madriddə səfərdə olacaq.


Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə “Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsində milli parlamentlərin rolu” mövzusunda fikir mübadiləsi aparılacaq, rəy və təkliflər bildiriləcək.


Deputatımız müzakirə olunan məsələyə dair çıxış edəcək, avropalı parlamentarlarla fikirlərini bölüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR