Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi münasibətilə elmi şuranın iclası keçirilib - FOTO

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi münasibətilə elmi şuranın iclası keçirilib - <span style="color: red;">FOTO
# 25 oktyabr 2014 18:42 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclası keçirilib.

APA-nın “Azərtac”a istinadən verdiyi xəbərə görə, DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıxış edərək təhsil ocağının keçdiyi inkişaf yolundan danışıb. O, DİA-nın ümummilli lider Heydər Əliyevin 1999-cu il 3 yanvar tarixli Fərmanı ilə yaradıldığını xatırladıb.

Akademiyanın uğurlarından danışan rektor bu təhsil ocağının inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Rektor bildirib ki, akademiyanın inkişafı ölkənin tərəqqisi ilə bilavasitə bağlıdır: “Azərbaycan hazırda innovativ inkişaf yolundadır və son on il bu istiqamətdə xüsusilə əhəmiyyətli olub. Bu inkişafa doğru keçilən mərhələlər, onu təmin edən kreativ cəmiyyətin formalaşmasına yönəldilmiş idarəetmə mexanizmlərinin elmi təhlili akademik Ramiz Mehdiyevin “Azərbaycanı dəyişmiş on il” kitabında dərin təhlil edilir”.

Tədrisin keyfiyyətinin yüksəldilməsində fundamental tədqiqatların əhəmiyyətinə toxunan rektor bu baxımdan akademik Ramiz Mehdiyevin əsərlərinin mühüm rol oynadığını vurğulayıb.

U. Ələkbərov məlumat verib ki, ötən illər ərzində akademiyada dövlət qulluğunda çalışan 1110 nəfər müdavim əyani və qiyabi formalarda yenidən hazırlanıb, 2656 nəfər dövlət qulluqçusu qısamüddətli ixtisasartırma kursu keçib. Bu təhsil müəssisəsini bitirən 2923 nəfər bakalavr, 648 nəfər isə magistr diplomu alıb. Təkrar ali təhsil formasına da maraq böyük olub.

Hazırda akademiyada bakalavrların 8, magistrlərin isə 24 ixtisas üzrə təhsil aldığını deyən rektor gənc mütəxəssislərin, alimlərin elmi tədqiqat işləri üzərində çalışdığını bildirib.

Qeyd olunub ki, akademiyada tətbiq edilən tədris proqramlarında ümummilli lider Heydər Əliyevin irsinin, qlobal miqyasda qəbul olunmuş demokratik prinsiplərin, milli mənəvi dəyərlərimizin və müasir idarəetmə texnologiyalarının mənimsədilməsi mühüm yer tutur.

Rektor deyib ki, ötən illər ərzində DİA-nın professor-müəllim heyəti tərəfindən 153 monoqrafiya, 200-dən çox dərslik və dərs vəsaiti, 250-dək tədris-metodiki vəsait hazırlanaraq nəşr edilib, müəllim və doktorantların respublika və xarici ölkə jurnallarında müxtəlif problemlərə dair beş minədək elmi məqaləsi və tezisləri dərc olunub.

Akademiyanın beynəlxalq əlaqələrinə toxunan rektor deyib ki, bu əlaqələr ali təhsil ocağının inkişafı və modernləşməsində mühüm rol oynayır. Ötən illər ərzində MDB məkanının, Avropa və Asiyanın bir sıra qabaqcıl təhsil mərkəzləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə müqavilələr imzalanıb və çoxsaylı proqramlar həyata keçirilib”.

Daha sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev çıxış edərək, akademiyanın uğurlarından danışıb. Akademik öz çıxışnda eyni zamanda görülməli olan işlər, akademiyanın qarşısındakı vəzifələr barədə də danışıb ( çıxışın tam mətni burda: http://az.apa.az/news/359906)

Daha sonra akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən DİA-nın təltif olunmuş bir qrup əməkdaşına “Tərəqqi” medalı və fəxri adların vəsiqələrini təqdim edib.

R. Mehdiyev həmçinin Akademiyanın potensialından səmərəli istifadə edərək azərbaycançılıq ideologiyasının fəlsəfi əsaslarını əks etdirən fundamental bir əsərin hazırlanıb nəşr etdirilməsi ilə bağlı tövsiyələrini verib.

Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən “Global Group” təşkilatının nümayəndəsi də bu təhsil ocağına keyfiyyət sertifikatı təqdim edib.

Yubiley münasibətilə Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Akademiyanın bir qrup əməkdaşına “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR