Qayınatasını və qayınanasını azyaşlı qızının gözü qarşısında qətlə yetirən şəxsə hökm oxunub

Qayınatasını və qayınanasını azyaşlı qızının gözü qarşısında qətlə yetirən şəxsə hökm oxunub
# 17 iyul 2014 13:02 (UTC +04:00)

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə B. Həsənov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, B. Həsənov hadisədən əvvəl qohumlarının kirayədə yaşadığı evə gəlib. Burada onların arasında mübahisə baş verib. Mübahisə zamanı Bayram özü ilə gətirdiyi ov tüfəngi ilə atəş açaraq qayınanası və qayınatasını qətlə yetirib, həyat yoldaşını isə öldürməyə cəhd edib. Hadisə zamanı onların 5 yaşlı qızı da orada olub.


B. Həsənov hadisəni törətdikdən sonra qaçıb. Lakin polis əməkdaşları onu saxlayıblar.

Qeyd edək ki, hadisə torpaq üstündə baş verib. Belə ki, B. Həsənovun qayınatası ona pul verərək torpaq almasını istəyib. B. Həsənov torpağı aldıqdan sonra onu öz həyat yoldaşının adına rəsmiləşdirmək istəyib. Bu isə onlar arasında mübahisəyə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR