Polşada ilk dəfə Azərbaycan dili kitabı nəşr olunub

Polşada ilk dəfə Azərbaycan dili kitabı nəşr olunub
# 05 dekabr 2014 11:45 (UTC +04:00)

Bakı – APA. Polşa ali məktəblərində Azərbaycan dilinin tədris olunması məqsədilə Fəridə Səfiyeva tərəfindən hazırlanmış Azərbaycan dili kitabı nəşr olunub.

Azərbaycanın Polşadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitab səfirliyin Varşava Universiteti ilə birgə əməkdaşlığı nəticəsində işıq üzü görüb.

Azərbaycan dili kitabı Polşanın Mərkəzi Kitabxanasına, habelə ali təhsil ocaqlarının kitabxanalarına göndərilib.

Sözügedən kitabdan artıq Varşava Universitetində Azərbaycan dilinin tədrisində istifadə olunur.

Qeyd edək ki, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranmasının 540 illiyi və bərpasının 20 illiyi münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində 2012-2014-cü illərdə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi, ədəbiyyatı, memarlığı, tarixi, eposları, mətbəxi və Azərbaycan-Polşa seriyaları altında 50 adda müxtəlif kitablar nəşr olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR