Poroşenko: ABŞ Ukrayna ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək

Poroşenko: ABŞ Ukrayna ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək
# 19 sentyabr 2014 00:43 (UTC +04:00)

APA-nın “UNN”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko amerikalı həmkarı Barak Obama ilə görüşündən sonra deyib.

Poroşenkonun sözlərinə görə, Obama müdafiə sahəsində əməkdaşlıq etməyə razılıq verib: “Mən ABŞ prezidentindən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini xahiş etdim və müsbət cavab aldım”, deyə Poroşenko jurnalistlərin Amerika silahının Ukraynaya mümkün tədarükü ilə bağlı sualına cavabında qeyd edib.

Xatırladaq ki, Ukrayna prezidenti sentyabrın 18-də ABŞ-a işçi səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR