Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumunun Bakı Bəyannaməsi qəbul olunub

Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumunun Bakı Bəyannaməsi qəbul olunub
# 31 oktyabr 2014 14:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumu başa çatıb.

APA-nın məlumatına görə, forumda “Avropa Şurasının mədəni marşrutları boyunca müharibə və sülh” adlı seminar keçirilib.

Avropa Məsuliyyətli Turizm və Qonaqpərvərlik Alyansının (EARTH) prezidenti Maurisio Davolionun moderator olduğu seminarda münaqişəli ərazilərdə mədəni turizm marşrutlarının yaradılması imkanları müzakirə edilib.

Panel iclaslarından sonra foruma yekun vurulub. Tədbirin bağlanış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, ölkəmizin coğrafi mövqeyi bir çox regional və beynəlxalq turizm marşrutlarında iştirak etməyə imkan verir. Nazir müavini bu baxımdan Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumunu yüksək qiymətləndirib.

Sonda forumun Bakı Bəyannaməsi qəbul olunub. Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumunun növbəti illik toplantısının 2015-ci ildə İspaniyanın Aranjuez şəhərində keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR