Bakıda bir həftə əvvəl avtomobillə vurulan qadın xəstəxanada ölüb

 Bakıda bir həftə əvvəl avtomobillə vurulan qadın xəstəxanada ölüb
# 04 oktyabr 2014 12:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda bir həftə əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabr ayının 29-da Nobel prospektində Bakı şəhər sakini Anar Həsənov idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Ağasif İsmayılovu və onun həyat yoldaşı Təhminəni vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib, Təhminə oktyabrın 3-də orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR