Yaponiyada güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 39-a çatıb

Yaponiyada güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 39-a çatıb
# 23 noyabr 2014 04:52 (UTC +04:00)

Məlumata görə, xəsarət alanlardan 7 nəfərin vəziyyəti ağırdır.

Son məlumata görə, yaralıların əksəriyyəti Xakuba qəsəbəsinin sakinləridir. Telekanalın məlumatına görə, burada 7 bina uçub, 11 nəfər xəsarət alıb. Naqano şəhərində - 8, Omati şəhərində - 2, Otari şəhərində isə 2 nəfər xəsarət alıb.

Xilasedicilər ilk saatlarda 2 yaşlı uşaq daxil olmaqla 21 nəfəri uçqun altından sağ çıxarmağa müvəffəq olublar, 1000-dək sakin müvəqqəti sığınacaqlara yerləşdirilib.

Qeyd edək ki, bu gün Naqano prefekturasında yerli vaxtla 22.08-də (Bakı vaxtı ilə 15.08-də) 6,8 bal gücündə iki zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri prefekturanın şimalında, 10 km dərinlikdə qeydə alınıb. Hər iki zəlzələ Yaponiyanın 47 prefekturasından 27-də hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR