Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda qətl hadisəsi törətməkdə təqsirləndirilən Hüseynağa Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası isə oktyabrın 29-na təyin edilib.
Qeyd edək ki, hadisə palatada siqaret çəkmək üstündə baş verib. Belə ki, 1952-ci il təvəllüdlü Mail Hüseynov palatada siqaret çəkib və bunun üstündə 1946-cı il təvəllüdlü Hüseynağa Cəlilovla mübahisəsi yaranıb. Mübahisə nəticəsində Hüseynağa Cəlilov Mail Hüseynova bıçaqla vurub. Zərbə onun ürək nahiyəsinə dəydiyindən, Mail Hüseynov hadisə yerində ölüb.