Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayonunda bədbəxt hadisə baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Regional Şöbəsinin əməkdaşı, polis serjantı, rayonun Şirinquyu kənd sakini, 1986-cı il təvəllüdlü Malik Əlizakir oğlu Cahangirov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Patoloji Anatomiya və Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin Lənkəran rayon şöbəsinə aparılıb.
M.Cahangirovun ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.