Sergey Lavrov: "Ukraynadakı vəziyyətlə əlaqədar humanitar missiyanın yaradılması üçün BMT-yə müraciət edəcəyik"

Sergey Lavrov: "Ukraynadakı vəziyyətlə əlaqədar humanitar missiyanın yaradılması üçün BMT-yə müraciət edəcəyik"
# 30 iyul 2014 15:20 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Rusiya Ukraynanın şərqindəki vəziyyətlə əlaqədar humanitar missiyanın yaradılması üçün BMT-yə müraciət edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

O qeyd edib ki, belə bir missiyanın yaradılmasına ehtiyac var.

“Əsas məsələ odur ki, “Boeing”in qalıqlarının düşdüyü ərazidə döyüş əməliyyatları dayandırılsın. Bunu 2166 saylı qətnamə tələb edir. Yadımdadır ki, Poroşenko 40 kilometr məsafədə hərbi əməliyyatların olmayacağını bəyan etdi, amma sonra Ukrayna tərəfi bunun ancaq qiyamçılar bölgədən sıxışdırılacağı halda baş tutacağını bildirdi”, - deyə Lavrov qeyd edib.

Belarus prezidenti Aleksandr Lukaşenkonun danışıqlarda vasitəçilik təşəbbüsünə gəldikdə isə Rusiya XİN başçısı bu təşəbbüsü müsbət qiymətləndirdiyini, amma bir görüşün problemin həlli üçün yetərli olmayacağını bildirib.

S. Lavrov onu da deyib ki, rəsmi Kiyev Ukraynanın şərqindəki qarşıdurmadan zərər çəkən insanlara humanitar yardımla bağlı Moskvanın bütün təkliflərindən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR