ABŞ dövlət katibinin müavini: “İrana qarşı yeni sanksiyalar tətbiq edilməməlidir”

ABŞ dövlət katibinin müavini: “İrana qarşı yeni sanksiyalar tətbiq edilməməlidir”
# 26 oktyabr 2013 11:34 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin müavini Vendi Şerman deyib.

Onun sözlərinə görə, ABŞ-la İran arasında 30 ildən çoxdur yaşanan etimadsızlığın aradan qaldırılmasının zamana ehtiyacı var: “Ona görə də ABŞ Konqresini bir daha İrana qarşı yeni sanksiyalar tətbiq olunmasına dair qanun layihəsini araşdırmağı dayandırmağa çağırırıq. Mövcud şərtlərdə belə bir cəhdin dayandırılmasının lazım olduğunu düşünürük. Çünki biz bu gün qarşılıqlı anlaşmanın başlanğıc nöqtəsindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR