“Azercell”ə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb

“Azercell”ə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb
# 22 yanvar 2014 10:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin “Azərcell Telekom MMC-yə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə məhkəmənin baxışı iclası yanvarın 27-nə təyin edilib.

Qeyd edək ki, İctimai Birlik şirkətlə bağlı memarlıq abidəsinin üzərində qurulmuş mobil antenna və ona aid qurğuların cavabdehin hesabına sökülməsi və sair tələblərlə iddia ilə 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsinə müraciət edib. İddiada Azadlıq prospekti-22 ünvanında yerləşən “Azercell Telekom MMC”nin antenna və ona aid qurğularının sökülməsi tələb olunur. Qeyd edilir ki, həmin ünvanda yerləşən bina Nazirlər Kabinetinin müvafiq sənədi ilə memarlıq abidəsi sayılır. Lakin məhkəmə iddianı təmin etmədiyindən Bakı Apellyasiya Məhkəməsinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR