AMEA institutunda elmi işçilərin attestasiyasına başlanılıb

AMEA institutunda elmi işçilərin attestasiyasına başlanılıb
# 14 mart 2014 07:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda elmi işçilərin attestasiyasına başlanılıb. APA-nın xəbərinə görə, institutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, əvvəlcə Elmi Şurada elmi işçilərin attestasiyası ilə bağlı məsələ müzakirə olunub: “Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsaslanaraq AMEA Rəyasət Heyətinin qəbul etdiyi qərarına uyğun olaraq AMEA bütün institutları kimi Aşqarlar Kimyası İnstitutunda da çalışan elmi işçilərin attestasiyasının keçirilməsi üçün komissiya yaradılıb. Attestasiyadan keçiriləcək işçilərin siyahısı tutulub. Müvafiq sənədlər toplanılıb. Martın 12-dən etibarən prosesə start verilib”.

Akademikin sözlərinə görə, elmi işçilərin tutduqları vəzifəyə uyğun olduqlarını araşdırmaq məqsədi ilə keçirilən attestasiyada bir sıra göstəricilər qiymətləndirilir və nəzərə alınır. O qeyd edib ki, elmi işçilərin ilkin attestasiyadan sonrakı dövrdə (2009-2013-cü illər) xidməti vəzifəsinin və elmi fəaliyyətinin nəticələri, elmin müvafiq sahəsi üzrə elmi məsələlərin həllində şəxsi iştirakı və verdiyi töhfələr, informasiya və kommunikasiya texnologiyaları ilə işləmək bacarığı və təşkilatçılıq kollektivi səfərbər etmək və istiqamətləndirmək bacarığı, liderlik və ünsiyyət yaratmaq keyfiyyətləri (laboratoriya rəhbərləri üçün) əsas götürülür. Attestasiya aprelin 5-dək davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR