Azərbaycan bu il strateji qızıl ehtiyatlarını formalaşdıracaq - VİDEO

Azərbaycan bu il strateji qızıl ehtiyatlarını formalaşdıracaq - <span style="color: red;">VİDEO
# 12 mart 2014 09:20 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.


Onun sözlərinə görə, Fond aktivlərinin 5%-ə qədərini qızıla investisiya kimi yatıra bilər: «Bundan əvvəl, 2 il ərzində 30 ton qızılın alınması haqqında qərar qəbul edilib. Bu həcmdən 20 ton artıq ölkəyə gətirilib. Bu il ərzində qalan hissə ölkəyə çatdırılacaq».


Ş.Mövsümov bildirib ki, bu satınalmalar sonralar alqı-satqıdan mənfəət götürmək üçün deyil, ölkənin strateji qızıl ehtiyatlarının yaradılması üçün qarşıya qoyulmuş tapşırığa uyğun olaraq həyata keçirilir: «Ona görə də alınan qızılın dəyəri xüsusi əhəmiyyət kəsb etmir. Ötən müddət ərzində hər həftə 1 400-1 500 dollar civarında orta hesabla 300 kq qiymətli metal alınır».


Fondun icraçı direktoru qeyd edib ki, son satınalmalar ARDNF-ə 1 200 dollara başa gəlib: «Bu da qızılın dünya bazarındakı qiymətinin aşağı düşməsi ilə bağlıdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR