Ukraynada Leninin daha üç heykəli dağıdılıb

Ukraynada Leninin daha üç heykəli dağıdılıb
# 22 fevral 2014 04:01 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, fevralın 22-nə keçən gecə Dnepropetrovs şəhərində dünya proletariatının rəhbərinin heykəli aşırılıb.

Əvvəl isə etirazçılar tros və kəndirin köməyi ilə Leninin Poltava və Çerniqov şəhərlərindəki heykəllərini dağıtmağa müvəffəq olublar.

Xatırladaq ki, Ukraynanın sabiq baş naziri Nikolay Azarovun mətbuat katibi Vitali Lukyanenko Kiyevdə Leninin heykəlinin dağıdılmasını vəhşilik adlandırmışdı: "Abidələri təhqir etmək, dağıtmaq vəhşilikdir. Birinci hadisə Əfqanıstanda taliblərin Buddanın qaya üzərində qazılmış təsvirinə atəş açması ilə baş vermişdi. İkinci hadisə isə Avropanın mərkəzində, Kiyevdə oldu".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR