BMT TŞ-də İran üzrə “altılıq” ölkələrinin XİN rəhbərlərinin görüşü keçirilib

BMT TŞ-də İran üzrə “altılıq” ölkələrinin XİN rəhbərlərinin görüşü keçirilib
# 27 sentyabr 2013 01:30 (UTC +04:00)

Bakı-APA. İranın nüvə proqramı üzrə “altılıq” ölkələrinin (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya) XİN rəhbərləri BMT TŞ-də İran XİN rəhbəri Cavad Zəriflə görüşə toplaşıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüş otağına daxil olan nazirlər şərh verməkdən imtina ediblər. Lakin ABŞ dövlət katibi Con Kerri “görüşün yaxşı” keçəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının sessiyasında ilk çıxışı zamanı danışıqların şəffaflığını təmin etmək və qeyri-müəyyənliyin aradan qaldırılması üçün İran nüvə probleminə dair səmərəli danışıqlara dərhal başlamağa hazırdır. Onun sözlərinə görə, İranın hərbi doktrinasında nüvə silahına yer yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR