İranda zəlzələ baş verib

İranda zəlzələ baş verib
# 30 sentyabr 2013 07:22 (UTC +04:00)

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr şəhəri olub.

Məlumata görə, 4.3 bal gücündə olan zəlzələ Bakı vaxtı ilə 07:44-də (yerli vaxtla saat 07:14-də) yerin 20 km dərinliyində meydana gəlib. Təbii fəlakət İranşəhrdən 33 km, Bazmandan 85 km, Fonucdan 93 km və Tehrandan 1277 km uzaqlıqda baş verib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR