Ramin Hacılı İqbal Ağazadənin müavini təyin edilib

Ramin Hacılı İqbal Ağazadənin müavini təyin edilib
# 23 iyun 2014 12:40 (UTC +04:00)

Bakı - APA. Ümid Partiyasının sədri İqbal Ağazadə özünə beynəlxalq münasibətlər və strateji məsələlər üzrə müavin təyin edib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ramin Hacılı Ümid Partiyası sədrinin beynəlxalq münasibətlər və strateji məsələlər üzrə müavini təyin edilib.

Qeyd edək ki, Ramin Hacılı “Dalğa” Gənclər Hərəkatının (Dalğa GH) təsisçilərindən biri və ilk sədri (2005-2006), 2006-cı ilin sentyabrından 2013-cü ilin sentyabrına kimi Demokratik İslahatlar Partiyasının (DİP) Gənclər Təşkilatının sədri və partiyanın Siyasi Şurasının üzvü olub. O, 2013-cü ildə Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə Ermənistanda keçirilən “Dağlıq Qarabağ münaqişəsinin həllində vətəndaş cCəmiyyətinin rolu” mövzusunda təşkil olunan müzakirələrə qatılıb. 2012-ci ilin 17 fevral tarixindən etibarən Azərbaycan Avropa Hərəkatının prezidentidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR