Böyük Britaniya kraliçası II Yelizavetanın təvəllüd günü münasibəti ilə Bakıda rəsmi qəbul təşkil olunub

Böyük Britaniya kraliçası II Yelizavetanın təvəllüd günü münasibəti ilə Bakıda rəsmi qəbul təşkil olunub
# 25 sentyabr 2013 18:19 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bu gün Bakıda Böyük Britaniya kraliçası II Yelizavetanın təvəllüd günü münasibəti ilə rəsmi qəbul təşkil edilib. APA-nın məlumatına görə, xarici ölkə səfirlərinin, Azərbaycanın ictimai və siyasi xadimlərinin qatıldığı tədbir uşaq xorunun ifasında iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.


Ardınca çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq bildirib ki, ölkəmizdə olduğu üç həftə ərzində belə bir tədbir keçirməkdən şərəf duyur. O qeyd edib ki, Böyük Britaniya Azərbaycanla tək enerji sahəsində deyil, həmçinin təhsil, idman və mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirmək istəyir.

Səfir həmçinin vurğulayıb ki, Böyük Britaniya Azərbaycanda ən böyük sərmayədardır. İ.Siddiqin sözlərinə görə, 2012-ci ildə Olimpiya oyunlarının Britaniyada keçirildiyini nəzərə alaraq, ölkəsi 2015-ci il Avropa Olimpiya Oyunlarının keçirilməsində Azərbaycana kömək edə bilər.


Ardınca çıxış edən Azərbaycanın təhsil naziri Mikayil Cabbarov prezident İlham Əliyevin təbriklərini çatdırıb. O qeyd edib ki, ötən il Bakıda kraliça II Yelizavetanın taxt-taca çıxmasının 60-cı ildönümü təntənəli şəkildə qeyd olunub: "Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyinə qovuşanda, Böyük Britaniya Azərbaycanın ən yaxın tərəfdaşı olub və "Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən ölkələrdən idi. Bu da bizim müasir qlobal inteqrasiyamıza kömək edir. Ordularımız dünyanın müxtəlif qaynar nöqtələrdə bir yerdə vuruşur, ölkələrimiz BMT Təhlükəsizlik Şurasında birgə çalışır".


Sonra İ.Siddiq və M.Cəbbarov ziyafət tortunu kəsiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR