Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ilin yekunu ilə bağlı kollegiya iclası keçirilib - FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ilin yekunu ilə bağlı kollegiya iclası keçirilib - <span style="color: red;">FOTO
# 26 dekabr 2013 11:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPK) ilin yekunu ilə bağlı kollegiya iclası keçirilib. APA-nın xəbərinə görə, kollegiya iclasında Azərbaycanda ailə, qadın və uşaq problemləri sahəsində son 10 ildə əldə olunan nailiyyətlər və görülən işlər, gələn il keçiriləcək Azərbaycan uşaqlarının III ümumrespublika forumu, həmçinin 2014-cü ilin birinci yarısında komitə tərəfindən həyata keçiriləcək tədbirlər planı və digər məsələlər müzakirə olunub.

Tədbirdə AQUPDK-nin sədri Hicran Hüseynova bildirib ki, ölkədə ailə, qadın və uşaq məsələlərin həlli dövlətin qarşısında duran əsas prioritet məsələlərdən biridir. Onun sözlərinə görə, ildən-ilə bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində mühüm nailiyyətlər əldə olunub: Amma bununla yanaşı müəyyən məsələlərdə problemlər hələ də mövcuddur. ““Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası layihəsində də qeyd olunur ki, bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini gender zorakılığı halların qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması, qadınların işdə irəli çəkilmə, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi təşkil edəcək. Ana və uşaqların sosial müdafiəsi və mühafizəsinin gücləndirilməsi, işləyən valideynlər üçün uşaq baxımının asanlaşdırılması, uşaq bağçalarının sayının artırılması və həmçinin, ailə planlaşdırma xidmətlərinin inkişaf etdirilməsi dəstəklənəcək”.

Nazirlər Kabineti Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov bildirib ki, komitə tərəfindən hər il hazırlanan hesabat hökumətə təqdim edilir. Onun sözlərinə görə, ildən-ilə komitə tərəfindən görülən işlərdə böyük dinamika müşahidə olunur: “Müsbət nailiyyətlərin əldə olunması komitənin göstərdiyi təşəbbüskarlıq mühüm amildir. Belə ki, komitə öz təşəbbüskarlığı ilə müəyyən problemlərin həllinə nail olub. Bundan sonra da komitənin gələcək fəaliyyətinə uğurlar arzu edirəm”.

Tədbirin davamında millət vəkilləri, QHT rəhbərləri komitənin bu il ərzində gördüyü işləri yüksək qiymətləndirib, gələcəkdə ölkədə ailə, qadın və uşaq məsələlərin həlli istiqamətində hər zaman komitəyə dəstək olacaqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR