Azərbaycan futbol yığması Ermənistanla qarşılaşacaq

Azərbaycan futbol yığması Ermənistanla qarşılaşacaq
# 28 noyabr 2013 10:32 (UTC +04:00)

Bakı – APA. Bu gün 19 yaşadək futbolçular arasında növbəti Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünün püşkü Azərbaycan millisinin rəqiblərinin də adlarına aydınlıq gətirib.


UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirin nəticələrinə əsasən, yığmamız gələn ilin payızında keçiriləcək mərhələdə Slovakiya, Ermənistan və Macarıstanla mübarizə aparacaq.

Qeyd edək ki, seçmə mərhələnin 13 qrupunun hərəsində ilk 2 yeri tutanlar, həmçinin ən yaxşı 3-cü yer sahibi elit-raunda vəsiqə əldə edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR