Təhsil naziri Azərbaycanda təhsil sahəsindəki əsas çətinliyi açıqlayıb

Təhsil naziri Azərbaycanda təhsil sahəsindəki əsas çətinliyi açıqlayıb
# 12 mart 2014 08:33 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, bunu Azərbaycan İnvestisiya Sammitində təhsil naziri Mikayıl Cabbarov söyləyib.

Təhsil naziri deyib ki, təhsil sahəsinə yeni baxış, müstəqil Azərbaycanın məqsəd və ehtiyacların müəyyənləşdirilməsi lazım idi: “İlk növbədə insan kapitalını nəzərə almalıyıq. Biz bir çox problemlə qarşılaşırıq, bunlar Təhsil Strategiyasında da yer alıb. İnkişaf üçün təhsilin məzmunu, təhsil sisteminin idarə edilməsi, müəllimlər, maliyyə qaynaqları, resurslar vacibdir. Bu sahələrdə bir çox iş görülüb. Son 10 ildə məktəblərin 60 faizi tam təmir edilib”.

M. Cabbarov təhsilin iş bazarını kadrlarla təmin etməli olduğunu da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR