Bakıda axtarışda olan 3 nəfər tutulub

Bakıda axtarışda olan 3 nəfər tutulub
# 21 iyun 2014 09:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda axtarışda olan 3 nəfər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı bölmənin və Nizami Rayon Polis İdarəsinin 25-ci bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1961-ci il təvəllüdlü Rasim Bayramov və 1984-cü il təvəllüdlü Samir Əliyev saxlanılıb.

Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 32-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Şahin Məmmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR