Azərbaycanın NATO əməliyyatları üçün ayırdığı taborun qiymətləndirmə təlimi keçiriləcək

Azərbaycanın NATO əməliyyatları üçün ayırdığı taborun qiymətləndirmə təlimi keçiriləcək
# 25 mart 2014 08:06 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Mayın 5-dən 8-dək Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat İmkanları Konsepsiyası taborunun (OCC) 2-ci səviyyəli NATO qiymətləndirmə təliminin keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO ekspertlərinin nəzarəti altında keçiriləcək təlimdə OCC taboru tərəfindən qarşıya qoyulan müxtəlif elementlərin icra səviyyəsi qiymətləndiriləcək.

Qeyd edək ki, 2012-ci ilin iyun ayında OCC taborunun 1-ci səviyyəli NATO qiymətləndirmə təlimi, 2013-cü ilin oktyabrında isə taborun 2-ci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilib.

OCC taborunun ştat strukturunun 2015-ci ildə briqada səviyyəsinə keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR