Deputat Rüfət Quliyev Astanada Qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək

Deputat Rüfət Quliyev Astanada Qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək
# 03 aprel 2015 15:44 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin deputatı Rüfət Quliyev aprelin 5-dən 7-dək Qazaxıstanın paytaxtı Astanada səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Quliyev digər MDB ölkələrinin nümayəndələri ilə birlikdə Astana şəhərində 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək, qələbə münasibətilə təşkil olunmuş təntənəli mərasimlərə qatılacaq, müharibə veteranları ilə görüşəcək.

Qeyd edək ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə MDB-yə üzv ölkələrin paytaxtlarında “Xatirə estafeti” aksiyası keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR