Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 Avqust - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 Avqust - <span style="color: red;">VİDEO
# 20 avqust 2015 17:08 (UTC +04:00)

Bir ilə yaxındır davam edən iqtisadi böhran qloballaşmanın neqativ tərəflərini üzə çıxardı. Dövlətlərin iqtisadiyyatlarının bir-biri ilə sıx bağlılığı adi dövrlərdə iqtisadi mənfəəti artırırdısa, böhran dönəmində iqtisadi çöküşü sürətləndirdi. Dünya iqtisadiyyatında hökmran mövqeyə malik olan Çində milli valyutanın dəyərdən düşməsi domino effekti verdi. Bir həftə ərzində yuanın ardınca rubl, lirə, bu gün isə təngə dollar qarşısında can verdi. Sentyabrda ABŞ Mərkəzi Bankı faizləri artıran qərar qəbul etsə ki, bunun ehtimalı çox böyükdür, o zaman Çin bazarı və avro bölgəsində maliyyə böhranı sürətlənəcək. Çində yuanın dəyərdən düşməsi indiki məqamda Rusiya, Qazaxıstan və Türkiyə bazarına belə neqativ təsir göstərirsə, sentyabrda bunun təsiri daha ağrılı ola bilər. Buraya dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşmasını da əlavə etsək, dünya iqtisadiyyatını gözləyən mənzərənin necə acınacaqlı olduğunu təsəvvür edə bilərik. Bu səbəbdən Qazaxıstanda milli valyutanın kursunun sabit buraxılması bir mesaj xarakteri daşıyır, bu mesajı yaxşı oxumaq, doğru anlamaq lazımdır. Təkcə lazım deyil, həm də vacibdir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR