Ombudsmanın nümayəndələri 3 saylı istintaq təcridxanasına başçəkmə həyata keçiriblər

Ombudsmanın nümayəndələri 3 saylı istintaq təcridxanasına başçəkmə həyata keçiriblər
# 19 mart 2013 11:57 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında olublar.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılması, habelə İstintaq Təcridxanasında bəzi obyektlərə başçəkmələr olub.

Qəbul olunmuş şəxslər müəssisədə saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər. Eyni zamanda onlardan bəziləri barələrində olan istintaqdan narazılıqlarını bildiriblər.

MPQ-nin üzvü olan həkim həmin şəxslərin bədənlərinə baxış keçirib, səhhətləri ilə tanış olub, tibbi sənədlər araşdırılıb.

Qeyd edilməlidir ki, əvvəlki başçəkmələrdən sonra İstintaq Təcridxanasının Cərimə otağı istisna olmaqla, bütün kameralarda televizorların quraşdırıldığı, qanunvericiliyə uyğun olaraq, hər bir təqsirləndirilən şəxsin həftədə iki dəfə 15 dəqiqə ərzində yaxınları ilə telefon əlaqəsi saxlaması üçün telefon otaqlarının, yeni vəkil və istintaq otağının yaradıldığı, habelə cərimə otaqlarının təmir edildiyi, qısamüddətli görüş üçün yeni yerin inşa edildiyi, eyni zamanda əvvəllər bu müəssisədə olmayan, bununla da həmişə narahatlığa səbəb olan stomatoloji otağın istifadəyə verildiyi müəyyən edilib.

MPQ üzvləri müəssisə rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR