Münhen Təhlükəsizlik Konfransında Qafqazda təhlükəsizlik və stabillik məsələləri müzakirə olunacaq

Münhen Təhlükəsizlik Konfransında Qafqazda təhlükəsizlik və stabillik məsələləri müzakirə olunacaq
# 31 yanvar 2013 08:47 (UTC +04:00)

APA-nın konfransın proqramına istinadən yaydığı məlumata görə, tədbirin ilk günü Avropa Birliyinin gələcəyi, avro məkanında böhran, energetika kontekstində geosiyasət məsələləri müzakirə olunacaq. İştirakçılar fevralın 2-də AvroAtlantika təhlükəsizliyi, kibertəhlükəsizlik, Cənub-Şərqi Avropada və Qafqazda təhlükəsizlik və stabillik məsələləri ətrafında müzakirə aparılacaq. Tədbirin üçüncü günü Mali və Suriyada böhranla bağlı çıxışlar olacaq.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konfransda iştirak edəcək. Nazirin plenar sessiyalardan birində çıxışı nəzərdə tutulur. Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti Co Bayden, Almaniyanın federal kansleri Angela Merkle, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR