Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə ödənişlər bu il 15% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə ödənişlər bu il 15% artıb
# 28 mart 2013 07:54 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 2013-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 179,583 mln. manat ödənilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 15,1% artıqdır.

DGK-dən «APA-Economics»ə verilən məlumata görə, ilk iki ayda büdcə ödəmələrinin 35,542 mln. manatı gömrük rüsumları, 135,870 mln. manatı ƏDV, 5,711 mln. manatı aksizlər, 2,460 mln. manatı yol vergisinin payına düşüb.

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə gömrük rüsumları üzrə yığımlar 35,5%, aksizlər üzrə yığımlar 34,3% azalıb, ƏDV üzrə yığımlar 49,3%, yol vergisi üzrə yığımlar isə 19,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR