Balakən sakininin avtomobilindən narkotik götürülüb

Balakən sakininin avtomobilindən narkotik götürülüb
# 28 fevral 2013 06:47 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayon sakininin avtomobilindən narkotik maddə götürülüb. Balakən Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən RPŞ əməkdaşları Balakən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti axtarış-əməliyyat tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində Balakən rayonu, Gərəkli kənd sakini, 1988-ci il təvəllüdlü Xizrıyev Məhəmməd Mollaəli oğlunun idarə etdiyi “QAZ-31” markalı, 10 KR 345 dövlət nömrə nişanlı avtomobil rayon ərazisində saxlanılıb və avtomobildə axtarış aparılıb.

Axtarış zamanı avtomobildən narkotik vasitə hesab edilən 260 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR