ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili: “İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyuruq”

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili: “İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyuruq”
# 20 noyabr 2014 08:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan hökuməti insan alveri qurbanlarının müdafiəsi sahəsində mühüm işlər görüb. Vətəndaş cəmiyyəti təşkilatları da insan alveri qurbanlarına dəstək verməkdədir”.

APA-nın məlumatına görə, bunu bu gün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ATƏT-in Bakı Layihə Əlaqələndiricisi arasında Azərbaycanda insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq etmək və bu mübarizəni dəstəkləmək məqsədi ilə Bəyannamənin imzalanması mərasimində ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan deyib.

D. Hoqan bildirib ki, indiyə qədər Bakıda və Gəncədə yerləşən sığınacaqlarda olub, sığınacaqdakı insan alveri qurbanları onunla fikirlərini bölüşüblər: “İnsan alveri qurbanları dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür etdilər. Ona görə də biz insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyuruq. Biz indiyə qədər 482 qurbanı yerləşdirən 3 sığınacağa yardım göstərmişik. Bundan sonra da insan alverinə qarşı mübarizədə əməkdaşlığı davam etdirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR