Əvəz Temirxan: “Azərbaycanda müxalifət cəbhəsində ən reytinqli namizəd Lalə Şövkətdir”

Əvəz Temirxan: “Azərbaycanda müxalifət cəbhəsində ən reytinqli namizəd Lalə Şövkətdir”
# 18 mart 2013 12:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Namizədlik məsələsində gecikdiyimizi düşünmürəm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib.

Onun sözlərinə görə, Azərbaycanda demokratik seçki mühiti yaranarsa, ALP lideri Lalə Şövkət prezident seçkilərinə qatılacaq. Ə.Temirxan hesab edir ki, Lalə Şövkət müxalifət cəbhəsində ən reytinqli namizəddir: “Lakin bu, hələ onun seçkilərə qatılması anlamına gəlmir. Ədalətli seçkilər keçirilərsə, Lalə Şövkət prezident seçkilərinə qatıla bilər. Demokratik seçki keçirilməzsə, zamanında qərarını verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR