Gəncə-Bakı istiqamətində sərnişin sıxlığı yaranıb

Gəncə-Bakı istiqamətində sərnişin sıxlığı yaranıb
# 25 mart 2013 16:59 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Sərnişin sıxlığı ilə əlaqədar Gəncə avtovağzalında xəttə yeni avtobuslar buraxılıb. Bu barədə APA-nın qərb bürosuna “Gəncə Avtovağzal” ASC-nin sədri Namiq Həsənov məlumat verib. O bildirib ki, bayram tətilinin sona çatması ilə əlaqədar Bakıya gedən sərnişinlərin sayı artıb və gündəlik 22 avtobus azlıq edib. Nəticədə martın 25-dən başlayaraq xəttə əlavə avtobuslar buraxılıb: “Sabaha bütün biletlər satılıb. Biz müxtəlif vaxtlarda xəttə 15 avtobus buraxacağıq. Əgər ehtiyac olarsa daha bir neçə avtobusu da istifadəyə verə bilərik”.

N. Həsənov qeyd edib ki, süni qiymət artımının qarşısını almaq üçün avtovağzalda bir neçə nəfərdən ibarət qrup fəaliyyət göstərir. Hansısa sürücü sərnişindən əlavə pul alarsa, həmin nəqliyyat vasitəsinin sahibi cəzalandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR