Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Şurası Nazirlər Komitəsinin  nümayəndə heyəti ilə  görüş keçirilib - FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Şurası Nazirlər Komitəsinin  nümayəndə heyəti ilə  görüş keçirilib  - <span style="color: red;">FOTO
# 09 aprel 2015 18:36 (UTC +04:00)

Bakı. Ramiz MikayıloğluAPA. Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndə heyəti ilə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə əsasən Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsi vəziyyəti ilə bağlı məsələlər müzakirə edilib.

Görüşdə Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndə heyətinə Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verilib. Komitə sədrinin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, 1milyon 200 mindən artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırıb.

Nümayəndə heyətinin rəhbəri Aleksandr Qessel bildirib ki, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri, ölkəmizdəki qaçqın və məcburi köçkünlərlə bağlı məlumatı var, lakin bu səfər zamanı daha ətraflı məlumat alıb. O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi bütün region üçün ciddi problemdir.

Sonda nümayəndə heyətinin üzvlərinə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR