Azərbaycanda 13 yaşlı oğlan ağır qəza törədib, ölən və yaralanan var - YENİLƏNİB - FOTOSESSİYA

Azərbaycanda 13 yaşlı oğlan ağır qəza törədib, ölən və yaralanan var - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 02 fevral 2013 07:40 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhərində 2000-ci il təvəllüdlü Elxan Elşən oğlu Abdulovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, sürücü hadisə yerində ölüb, bir sərnişin xəsarətlərlə vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış E. Abdulovun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarıblar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün saat 07.00 radələrində qeydə alınıb. “Mercedes” markalı, 90 HD 826 dövlət nömrə nişanlı avtomobilin ağaca çırpılması nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Abdulov Elxan Elşən oğlu hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan 1997-ci i təvəllüdlü Məmmədov Cəbrayıl Vüqar oğlu açıq kəllə-beyin travması alaraq ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralını və meyiti avtomobildən FHN əməkdaşları çıxarıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR