Bakıda avtomobildən xeyli miqdarda pul oğurlanıb

Bakıda avtomobildən xeyli miqdarda pul oğurlanıb
# 16 iyul 2015 09:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda oğurluq hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 20-nin qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Afət Vəli qızı Məmmədovaya məxsus “Hyundai” markalı avtomobildən açıq qapıdan keçmə yolu ilə içərisində 19 min manat olan pul kisəsi oğurlanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR