Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə A və C liqalarında ümumilikdə 8 qarşılaşma keçirilib.
A Liqasında Belçika İtaliyanı 4:1, Xorvatiya Çexiyanı 2:1 hesabı ilə məğlub edib. İspaniya isə İngiltərəyə 2:3 hesabı ilə uduzub. Günün digər görüşündə Fransa Türkiyəni 2:1 hesabı ilə üstələyib.
C Liqasında Finlandiya San Marinonu 7:2, Albaniya Belarus yığmasını 2:0, Monteneqro isə Kipri 4:1 hesabı ilə məğlub edib. Latviya – Ermənistan görüşündə qalib müəyyənləşməyib – 0:0.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur
A Liqası
A1 qrupu
Fransa – Türkiyə – 2:1
Belçika – İtaliya – 4:1
A3 qrupu
Xorvatiya – Çexiya – 2:1
İspaniya – İngiltərə – 2:3
C Liqası
C1 qrupu
Finlandiya – San Marino – 7:2
Belarus – Albaniya – 0:2
C2 qrupu
Latviya – Ermənistan – 0:0
Kipr – Monteneqro – 1:4